Fuad Nəcəfli Ordubad sakinləri ilə görüşdü, şikayətləri dinlədi- VİDEO

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.

Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb. Görüşdə sakinlərin problemləri, üzləşdikləri çətinliklər dinlənilib.

Görüşdə 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.

Görüşdə bildirilib ki, problemlər qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.

Görüşdən sonra Ordubad şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.

Əvvəlki məqalə

“Türkiyə Suriya üzrə üçtərəfli danışıqların davamını dəstəkləyir”

Sonrakı məqalə

Naftalanda biznesmen özünü güllələyib öldürdü