Prokurorluq erməni diversiya qrupunun Daşkəsəndə basdırdığı minalarla bağlı araşdırma aparır

Prokurorluq erməni diversiya qrupları tərəfindən Daşkəsəndə basdırılan və Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək zərərsizləşdirilən minalarla bağlı məlumat yayıb.

Baş Prokurorluqdan verilən məlumatda bildirilib ki, Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 1-2 oktyabr tarixlərində erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.

Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır.

Əvvəlki məqalə

AFFA Canni De Byazi ilə müqaviləni uzadıb

Sonrakı məqalə

Prezident və birinci xanım Ağdama səfər ediblər