“Provayderlər qiymət artımında israrlıdır” –Bahalaşma "şərikli internet"ə aparır /EKSPERT

Osman Gündüz
Osman Gündüz
“Görünən odur ki, dövlət provayderləri, regionlarda üstünlük təşkil edən “Aztelekom” qiymət artımında israrlıdır. Belə olan halda özəl provayderlərdən hər hansı yumşalma gözləntisi doğru olmazdı”.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  internet qiymətləri ilə bağlı durumu şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, Antiinhisar Dövlət Xidməti baş verənləri “Kartel sövdələşməsi”, “seçim imkanlarının məhdudlaşdırılması” kimi dəyərləndirib, araşdırma gedir: “Qurum açıqlayıb ki provayderlərin bu tip qərarlarının hüquqi qüvvəsi yoxdur. Güman ki, Antiinhisar bununla bağlı yenidən rəsmi açıqlama verəcək”.
O.Gündüz bildirib ki, sektorun tənzimləyici qurumu İKTA hələlik baş verənlərə münasibət sərgiləməyib: “AİF hökumətə təklif edib ki, regionlarda əvvəlki tarif 18 manat(40 Mbit/s) saxlanılsın, yaxud da 100 Mbit/s sürət üçün də regionlarda bəlli bir dövr üçün 18 manat təklif edilsin”.
“Regionlardan daxil olan məlumatlar isə onu göstərir ki, istifadəçilərin bəziləri xidmətdən imtina, yaxud da “Şərikli internet” üzərində düşünür. “Şərikli internet” yaxın qonşuların ortaq internet bağlantısından (kabel və ya WiFi texnologiya ilə) istifadəni nəzərdə tutur. Burada qanunvericiliyə zidd nəsə olmasa da informasiya təhlükəsizliyi ilə bağlı risklər ola bilər”-deyə O.Gündüz qeyd edib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.