“Putinə Əsədlə üçtərəfli görüşün keçirilməsini təklif etdim”- ƏRDOĞAN

“Rusiya prezidenti Vladimir Putinə Türkiyə, Rusiya və Suriya liderlərinin birgə görüşünü keçirməyi təklif etmişəm”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan onu da bildirib ki, görüşdən əvvəl kəşfiyyat xidmətləri, müdafiə və xarici işlər nazirliklərinin rəhbərləri arasında danışıqlar aparılmalıdır.

“Burada bir çox mövzular var ki, onlar hazırda gündəmdə olmasa da, sonradan hadisələrin gedişi ilə bağlı gündəmə gətirilə bilər. Amma diqqət edirsinizsə, mən bir şeyi daha izah etdim. Bu da odur ki, biz Suriya-Türkiyə-Rusiya üçtərəfli ittifaqı olaraq addım atmaq istəyirik. Bunun üçün əvvəlcə kəşfiyyat orqanlarımız, sonra müdafiə nazirləri və xarici işlər nazirləri görüşməlidir. Onların görüşlərindən sonra liderlər olaraq bizlər bir araya gələk. Mən bunu cənab Putinə təklif etdim, müsbət reaksiya verdi”, – Ərdoğan qeyd edib.

Rusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev bir müddət əvvəl bildirmişdi ki, Moskva Suriya və Türkiyə prezidentləri arasında görüş üçün platforma təqdim etməyə hazırdır. Onun sözlərinə görə, belə bir görüş üçün uyğun şərait yetişməlidir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.