“Putin danışıqlara açıqdır, təşəbbüs göstərən yoxdur”- PESKOV

“Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla istənilən siyasətçi ilə danışıqlara açıqdır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, avropalı siyasətçilərin çoxsaylı bəyanatlarına baxmayaraq, Moskva danışıqlar üçün heç bir müraciət almayıb.

“Prezident Putin Rusiyaya öz məqsədlərinə çatmağa kömək edə biləcək istənilən təmaslara açıq olub və açıqdır. Vəziyyətdən çıxış yolları axtarmaq üçün Putinlə əlaqə saxlamağa davam edəcəklərini bildirən Şolts və Makronun çoxlu açıqlamalarını eşitdik. Lakin son vaxtlar heç bir təşəbbüs yoxdur”, – Peskov bildirib.

Peskovun fikrincə, əsas məsələ avropalı siyasətçilərin münaqişə tərəflərinə münasibətdə neytrallığı qoruyub saxlaya bilməsidir: “Dolayısı ilə döyüş əməliyyatlarında iştirak edirlər. Bu da Rusiyanı bu ölkələrin vasitəçilik potensialına güvənmək imkanından məhrum edir”.

Azpost.info

Əvvəlki məqalə

Qırğızıstan-Çin sərhədində 4,5 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

Lukaşenko Çinə gedib