Putin Ermənistana səfərə gedir - Peskovdan AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də İrəvanda keçiriləcək sammitində iştirak edəcək.

Azpost.info xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“KTMT sammiti üçün Ermənistana səfər olacaq”, – Peskov bildirib.

Noyabrın 23-də Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçiriləcək. Tədbirdə Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının prezidenti Sadır Japarov, Rusiya prezidenti Vladimir Putin və Tacikistanın dövət başçısı Emomali Rahmonun iştirakı gözlənilir.

Sammitdə KTMT-nin böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər müzakirə olunacaq.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Mixail Mişustinlə təkbətək görüşü olub

Sonrakı məqalə

“Fransa Putinlə əlaqə kanallarını açıq saxlayır”