Rusiya prezidenti Vladimir Putin Avstriyaya səfər edəcəyi təqdirdə həbs olunacaq.
Azpost.info xəbər verir ki, bunu Avstriyanın Avropa İttifaqı və Konstitusiya məsələləri üzrə naziri Karolina Edtstadler deyib.
Nazirin sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi verməsi o deməkdir ki, Putin Avstriya torpağına addım atsa, həbs olunmalıdır.
“Avstriya beynəlxalq və cinayət hüququ üzrə öhdəliklərini yerinə yetirəcək”, – Edtstadler bildirib.
Qeyd edək ki, Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsini 123 ölkə ratifikasiya edib.
Azpost.info