Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, Putin və Nikol Paşinyan telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
“Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsinə, Cənubi Qafqazda nəqliyyat, logistika, ticari-iqtisadi əlaqələrin bərpası üzrə layihələrə xüsusi diqqət yetirilib”, – Kremldən bildiriblər.
Putin Paşinyanla üçtərəfli razılaşmaların icrasını da müzakirə edib.
Azpost.info