Putin prezident seçkiləri haqqında qanuna dəyişiklikləri təsdiqləyib- DETALLAR

Rusiya prezidenti Vladimir Putin prezident seçkiləri haqqında qanuna dəyişiklikləri təsdiqləyib. Qanun rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 

Azpost.info xəbər verir ki, qanunda seçki məntəqələrində foto və video çəkilişlərlə bağlı müddəalara aydınlıq gətirilib, hərbi hissələrdəki seçki məntəqələrində çəkilişlərə məhdudiyyətlər qoyulub.

Dəyişikliklərə əsasən, əmək müqaviləsi əsasında işləyən media resurslarının nümayəndələri seçki komissiyalarının iclaslarına buraxılacaq.

Qanunda həmçinin bildirilir ki, prezident seçkiləri ilə bağlı təşviqat aparılarkən “Roskomnadzor” tərəfindən bloklanmış saytlardan istifadəyə icazə verilmir. Eyni zamanda, qayda müəyyən edilir ki, qeydə alınmış namizədin məhkumluğu olduqda, onu qeydə almış seçki komissiyasına müvafiq məlumatların yazılı şəkildə təqdim edilməsi öhdəliyi qoyulur.

Bundan başqa, hərbi vəziyyətin tətbiq olunduğu bölgələrdə səsvermə Mərkəzi Seçki Komissiyası ilə Rusiya Müdafiə Nazirliyi, FTX, eləcə də bu regionların rəhbərləri ilə məsləhətləşmələrin nəticələrinə əsasən mümkün olacaq.

Qanun xaricdə seçkilərin keçirilməsi qaydalarını da müəyyən edir.

Prezident seçkiləri 2024-cü ilin martına təyin edilib, tarixlə bağlı yekun qərarı dekabrda Federasiya Şurası verəcək. Tarix seçkilərin başlanmasına 100 gündən tez və ən geci 90 gün qalmış elan edilməlidir.

Azpost.info

Əvvəlki məqalə

“Veteranlara verilən 80 manat məbləğinə yenidən baxılsın” –

Sonrakı məqalə

Anna Politkovskayanın qatili vaxtından 11 il əvvəl azad edilib