“Putin Qərb və Zelenski ilə yalnız güc dili ilə danışacaq”- MKİ-nin keçmiş analitiki

“Rusiya prezidenti Vladimir Putin Qərb ölkələri və Ukrayna prezidenti Vladimir Zelenski ilə yalnız güc dili ilə danışacaq”.

Azpost.info xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern bildirib.

Onun fikrincə, Almaniya və Fransanın keçmiş rəhbərləri Ukraynanı silahlandırmaq üçün vaxt qazanarkən Rusiyanı Minsk razılaşmalarını imzalamağa inandırmaqla aldadıblar.

Makqovern hesab edir ki, Putin artıq danışıqlardakı tərəfdaşlarına etibar etmir və dialoqu güc mövqeyindən apararaq öz şərtlərini diktə edəcək.

Azpost.info

Əvvəlki məqalə

Matvienko məmurları əcnəbi sözlərdən istifadə etməməyə çağırıb

Sonrakı məqalə

Almaniya Ukraynaya 10 “Leopard 1” tankı göndərib