Putin qalmaqallı sənədin ratifikasiyasını ləğv edən qanunu imzaladı

Rusiya prezidenti Vladimir Putin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi ratifikasiyasını ləğv edən qanunu imzalayıb.

Azpost.info xəbər verir ki, sənəd hüquqi aktların rəsmi portalında dərc olunub.

Bu, 1996-cı ildə qəbul edilmiş və Nyu-Yorkda Rusiya adından imzalanmış “Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilənin ratifikasiyası haqqında” Qanunun 1-ci maddəsini ləğv edir.

Qanun layihəsinin müəllifləri Rusiya Dumasının demək olar ki, bütün deputatları (450 nəfərdən 438-i), o cümlədən spiker Vyaçeslav Volodin və parlament fraksiyalarının rəhbərləri olub.

Prezidentin sözçüsü Dmitri Peskov bildirib ki, sənədin ratifikasiyasını geri götürməzdən əvvəl ABŞ-la təmaslar tələb olunmur. Kreml nüvə sınaqları keçirməyi planlaşdırmadığını da əlavə edib.

Azpost.info

 

Əvvəlki məqalə

Nəcməddin Sadıkov açıqlama verdi –

Sonrakı məqalə

Bayram günlərində Bakıdan Ağstafaya əlavə qatar reysi təyin edilib