Putin Səudiyyə Ərəbistanına niyə gedir?- Kremldən AÇIQLAMA

“Neft bazarı ilə bağlı müzakirələr OPEC+ formatı çərçivəsində aparılır, lakin Rusiya prezidenti Vladimir Putin işgüzar səfəri zamanı BƏƏ və Səudiyyə Ərəbistanı liderləri ilə bu məsələni ayrıca müzakirə edəcək”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, neft bazarının sabitləşməsi üçün koordinasiya davam etdiriləcək: “OPEC+ formatı çərçivəsində müzakirələr aparılır, lakin bu sahədə qarşılıqlı fəaliyyət həmişə gündəmdədir”, – Peskov qeyd edib.

OPEC+-ın son iclasının nəticələrini şərh edən Peskov qeyd edib ki, neft bazarının sabitləşdirilməsi üçün görülən tədbirlərin effekti bəzən gecikmə xarakteri daşıyır.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin bu həftə ərzində BƏƏ və Səudiyyə Ərəbistanına işgüzar səfərlər planlaşdırır. O, qarşıdan gələn danışıqların məhsuldar olacağına ümid etdiyini və Rusiya tərəfinin onları çox vacib hesab etdiyini deyib.

Azpost.info

Əvvəlki məqalə

Mərkəzi Bankın baş direktoru vəzifəsindən azad edilib

Sonrakı məqalə

Xəzər dənizi sülh, dostluq və əməkdaşlıq məkanına çevriləcək