Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqların çox məhsuldar keçdiyini bildirib.
Azpost.info xəbər verir ki, onun sözlərinə görə, söhbət işgüzar şəraitdə keçib və strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində iddialı məqsədlər qoyulub.
O, dəvətə görə Qazaxıstan liderinə minnətdarlığını bildirib və ölkələrin yaxın müttəfiq olduğunu qeyd edib.
Putin əlavə edib ki, Rusiya Qazaxıstana enerji ehtiyaclarını ödəməyə kömək etməyə hazırdır. Digər məsələlərlə yanaşı, Moskva avtomobil və hərbi sənaye sahələrində əməkdaşlığın inkişafını gözləyir.
Azpost.info