Putin Kurska hucumla bağlı iclas keçirdi –"Rəqib layiqli cavab alacaq"

Putin Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətlə bağlı iclas keçirib.

TASS-ın məlumatına görə, Putin  “Ukrayna ilə həmsərhəd rayonlarda baş verənlərə qiymət veriləcək, lakin indi əsas vəzifə düşməni darmadağın etməkdir”, – deyə iclasda bildirib.

O, ukraynalıların Rusiya ərazisindən çıxarıldıqdan sonra Ukrayna ilə sərhədin etibarlı qalmasını təmin etməyi tələb edib.

“Kiyev Qərb ağalarının iradəsini yerinə yetirir, Qərb isə ukraynalıların əli ilə Rusiya Federasiyasına qarşı vuruşur”, – Putin deyib.

Rusiya Federasiyasının başçısı qeyd edib ki, Kursk vilayətinə hücum etməklə Kiyev gələcək danışıqlarda öz mövqeyini yaxşılaşdırmağa çalışır.

 

Ukraynanın ən döyüşə hazır bölmələri arasında itkilər kəskin şəkildə artır”-deyə Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, Kiyev rəhbərliyi Ukrayna xalqını məhv etmək yolunu tutub.

“Rəqib öz hərəkətlərinə layiqli cavab alacaq və xüsusi əməliyyatın bütün məqsədlərinə nail olunacaq. Amma biz heç bir fərq qoymadan mülki əhaliyə, mülki infrastruktura zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansısa danışıqlardan söhbət belə gedə bilməz”, – Putin bildirib.

Vladimir Putin Ukraynanın sərhədyanı rayonlara yeni hücumlarının mümkünlüyünü istisna etməyib, o cümlədən Bryansk vilayətində təxribatlara hazır olmaqları barədə xəbərdarlıq edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.