“Putin və İlham Əliyev arasında görüş sabah olacaq” –PESKOV

“Sabah Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin və İlham Əliyev arasında görüş olacaq”.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Sabah prezident Əliyevlə görüş olacaq və təbii ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət gündəmin əsas mövzusu olacaq”, – Peskov deyib.

Peskov qeyd edib ki, görüş zamanı KTMT missiyasının Ermənistana səfəri də müzakirə olunacaq.

Prezident İlham Əliyevlə Putinin görüşü Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti  çərçivəsində baş tutacaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.