Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxardı- SƏRƏNCAM

Vladimir Putin rusiyalı iş adamı Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina ərizəsini təmin edib.

Azpost.info xəbər verir ki, Rusiya prezidenti bununla bağlı sərəncam imzalayıb.

“Aşağıdakı şəxslərin Rusiya vətəndaşlığından çıxması ilə bağlı müraciətləri təmin edilsin – Vardanyan Ruben Karlenoviç, 25 may 1968-ci ildə Ermənistanda anadan olub”, – sənəddə deyilir.

“Forbes”ə görə, sərvəti 1 milyard dollar qiymətləndirən Ruben Vardanyan bu ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib. O, qərarını Qarabağa köçmək niyyətində olması ilə izah edib.

Azpost.info

Əvvəlki məqalə

“Laçın yolunda humanitar təyinatlı nəqliyyatın hərəkəti bərpa olunub” –

Sonrakı məqalə

“Zelenski ABŞ-da sülh çağırışları etmədi”