Putin xarici siyasət kursunu dəyişir- Yeni konsepsiyanın detalları AÇIQLANDI

Rusiyanın xarici siyasətinin yeni konsepsiyası Kremlin rəsmi saytında dərc olunub.

Azpost.info xəbər verir ki, sənəddə ABŞ hökumətinin kursu anti-Rusiya siyasətinin və bəşəriyyətin inkişafı üçün risklərin əsas mənbəyi adlandırılır. Bu bənd yeni Konsepsiyaya əsas müddəalarından biri kimi daxil edilib.

Eyni zamanda qeyd olunur ki, Rusiya özünü Qərbin düşməni hesab etmir və ondan təcrid etmir. Sadəcə olaraq Qərb dövlətlərindən Moskva ilə münaqişənin mənasızlığını dərk edib çoxqütblülüyü qəbul etmələrini gözləyir.

Sənəddə həmçinin bildirilir ki, Rusiya özünə və müttəfiqlərinə qarşı hücumların qarşısını almaq və dəf etmək üçün hərbi qüvvələrdən istifadə etmək niyyətindədir.

Konsepsiyada Hindistan və Çinlə münasibətlər prioritet münasibətlər kimi göstərilir. Bundan başqa, qeyd olunur ki, Moskva Afrikanın dünya inkişafının nüfuzlu mərkəzinə çevrilməsinə kömək edəcək. Ölkənin digər planı Latın Amerikası ilə əməkdaşlığı artırmaqdır.

Konsepsiyanın mətnində vurğulanır ki, Avrasiya sülh, sabitlik, etimad və firavanlıq məkanına çevrilməlidir. Bu layihə 21-ci əsrdə Rusiya üçün prioritet kimi tanınır.

Humanitar siyasətin ən mühüm istiqamətləri kimi aşağıdakılar qeyd olunur: rusofobiyaya qarşı mübarizə, rus dilini, mədəniyyətini, idmanını qorumaq, eləcə də tarixi həqiqət uğrunda mübarizə.

Sənəddə Rusiyanın ABŞ-ın və digər qeyri-dost dövlətlərin dünyadakı üstünlüyünün qalıqlarının aradan qaldırılmasına üstünlük verəcəyi bildirilir: “Bu, dünya düzəninin çoxqütblü dünyanın reallıqlarına uyğunlaşdırılmasını asanlaşdırmaq üçün lazımdır”.

Qeyd edək ki, prezident Vladimir Putin bu gün Rusiyanın Xarici Siyasət Konsepsiyasının yeni variantını təsdiqləyib.

Azpost.info

Əvvəlki məqalə

Təhlükəsiz, ekoloji təmiz və rahat “Prius” –

Sonrakı məqalə

Bakı metrosunda daşınan kimyəvi maddələr ani alışmaya səbəb olub