Finlandiyanın Yle telekanalı Vladimir Putin və Leninqradın sabiq meri Anatoli Sobçakın 1990-cı illərin əvvəllərində Finlandiyada dincəldiyi zaman çəkilmiş video görüntülərini yayımlayıb.
Azpost.info bildirir ki, Sobçak 1991-1996-cı illərdə Sankt-Peterburqun meri olub. Putin həmin illərdə meriyada xarici əlaqələr komitəsinin sədri və şəhər hökuməti sədrinin birinci müavini olub.
Kadrlarda Putin mavi idman kostyumundadır, saçları indikindən daha uzundur.
Telekanal qeyd edir ki, bu səfərlə bağlı əvvələr heç bir məlumat olmayıb. Görüntüləri jurnalistlərə verən şəxsin adı açıqlanmır.
Yle-nin məlumatına görə, çəkiliş Finlandiyanın cənub-qərbindəki Botniya körfəzindəki Torsön adasında aparılıb. Sobçak və Putin Rusiyadan təmizlənməmiş ağac idxal edən “Thomesto Group”-un villasında qonaqdırlar.
Videoda Putin Sobçakla birlikdə stolüstü tennis oynayır. Daha sonra balıq ovu zamanı çəkilən görüntülər gəlir. Qayıq sahilə bağlanır. Putin, Sobçak və “Thomesto Pentti Laukontaus”un rəhbərinin tutduğu balıqlar nümayiş olunur. Sonda yeməks tolu ətrfaında oturanlar görünür.
Azpost.info