Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfərinin tarixi hələlik razılaşdırılmayıb.
Azpost.info bildirir ki, bu barədə RİA Novosti Ankaradakı diplomatik mənbəyə istinadən xəbər verir.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putinin Türkiyəyə səfərinin çoxdan hazırlanır. Yalnız diplomatik kanallar vasitəsilə səfərinin tarixl.ini razılaşdırmaq qalır.
“Diplomatik kanallar hələ səfərin tarixi ilə bağlı razılığa gəlməyiblər”, – agentliyin həmsöhbəti Rusiya prezidentinin Türkiyəyə səfərinin mümkün tarixini şərhinə cavab olaraq bildirib.