Qətlə yetirilmiş icra başçısının qızı Şuşada məktəb direktoru təyin edilib-FOTO

1990-1991-ci illərdə Şuşa icra hakimiyyətinin sabiq başçısı olmuş , mərhum Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub.
Azpost.info bildirir ki, bu barədə telejurnalist Səadət Məmmədova məlumat verib.
Mikayıl Gözəlov Azərbaycan Milli Ordusunun ilk rəsmi hərbi hisələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib. Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edənlərdən biri olub. Bir neçə mühüm vəzifədə işləyib.
Sonuncu iş yeri Şuşa İcra Hakimiytətinin başçısı vəzifəsi olub.
M.Gözəlov 1991-ci ildə Şuşada iş otağında qətlə yeririlib.
Əvvəlki məqalə

Naxçıvan Ali Məclisinin iclası keçirilib –

Sonrakı məqalə

Xəzər dənizində zəlzələ olub