İsrailin Qəzza zolağındakı hərbi əməliyyatı bir neçə həftə davam edə bilər.
Azpost.info-nun məlumatına görə, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan bildirib.
O vurğulayıb ki, İsrail Müdafiə Qüvvələrinin məqsədi Fələstinin HƏMAS radikal hərəkatının yaraqlılarını tamamilə məhv etməkdir.
“Biz ümid edirik və dua edirik ki, bu, tez bir zamanda bitsin”, – israilli diplomat Amerikanın CNN telekanalına müsahibəsində deyib. Erdan vurğulayıb ki, hazırda yalnız əməliyyatın növbəti mərhələsi aparılır. Bütün hərbi əməliyyatların tam dayandırılmasından danışmaq hələ mümkün deyil.
Erdan bildirib ki, indi orduda əməliyyatın növbəti mərhələsinin necə olacağı barədə heç bir fikri yoxdur. Onun sözlərinə görə, Qəzza zolağında əməliyyatın konkret planlarının və təfərrüatlarının hazırlanması ölkənin ali hərbi-siyasi rəhbərliyinin məsuliyyətidir.
İsrailin HƏMAS-la müharibəsi oktyabrın 7-dən davam edir. Münaqişə nəticəsində 1,2 min nəfər ölüb, 5,4 min nəfər yaralanıb. Döyüşlər nəticəsində həlak olan qəzzalıların sayı 11,3 min nəfərə çatıb.
Azpost.info