“Qəzzada HƏMAS-la əlaqəsi olmayan fələstinlilər ölür, heç bir tərəf haqlı deyil” –Barak Obama

“Fələstin-İsrail münaqişəsində heç bir tərəfi tam haqlı hesab etmək olmaz. Çünki müharibə edən tərəflərin, eləcə də onları dəstəkləyənlərin atdığı addımlar düzgün deyil”.

Azpost.info  “Times of Israel”ə istinadən bildirir ki, bu barədə ABŞ-ın sabiq prezidenti Barak Obama deyib.

“Əgər problemi həll etmək istəyirsinizsə, bütün həqiqəti qəbul etməlisiniz. Sonra da etiraf etməliyik ki, heç kimin əli “təmiz” deyil. Biz hamımız bu və ya digər dərəcədə cinayət ortağıyıq”, – ABŞ-ın keçmiş prezidenti deyib.

O, həmçinin qeyd edib ki, işğalı və indi fələstinlilərin başına gələnləri “dözülməz” hesab edir. Bununla bərabər o deyib ki, HƏMAS-ın etdiklərinə heç bir bəraət yoxdur.

Obamanın sözlərinə görə, hazırda Qəzzada HƏMAS-la heç bir əlaqəsi olmayan fələstinlilər ölür və regionda baş verənlər Holokostla müqayisə olunur.

Obama bildirib ki, münaqişə ilə bağlı bütün həqiqəti qəbul etmədən onun həlli yollarını tapmaq mümkün deyil.

 

Əvvəlki məqalə

Özbəkistanda 5 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

Atası Qəzzada atəşi dayandırmağa çağıran Ancelina Colini axmaq adlandırıb