Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenə İsrailin Qəzza zolağında dinc əhaliyə hücumlarının qarşısının alınmasının və atəşkəsin vacibliyini çatdırıb.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
“Bugünkü görüşdə xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Blinkenə İsrailin Qəzza zolağında mülki hücumlarının qarşısının alınmasının və təcili olaraq tam atəşkəs elan edilməsinin vacibliyini vurğulayıb. Türkiyə və ABŞ Qəzzanın mülki əhalisinə dəyən zərərin qarşısının alınması, humanitar yardımın çatdırılması və münaqişənin iki dövlətli həlli zərurətində həmfikirdirlər. Bugünkü görüşdə də bu həllə nail olmaq üçün birgə fəaliyyətin vacibliyi vurğulanıb”, – mənbə qeyd edir.
Azpost.info