“Qərb artıq Ukrayna müharibəsində qalib gələ bilməyəcək” –"Newsweek" nəşri

“Qərb artıq Ukrayna müharibəsində qalib gələ bilməyəcək”.

Azpost.info bildirir ki, bu barədə “Newsweek” nəşri Amerika Konqresinin anonim əməkdaşına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ müharibədə iştirakını əhəmiyyətli dərəcədə artıracağı təqdirdə Qərbin və Ukraynanın müharibədə qələbəsi baş tuta bilər. Mənbə bildirib ki, tələb olunacaq səviyyədə müdaxilə ABŞ-dan  “soyuq müharibədən” bəri görünməmiş öhdəlik və liderlik tələb edir.

Mənbə eyni zamanda bildirib ki, ABŞ  belə bir addım atmayacaq.

“İndi sual hazırkı kursumuzu qoruyub-saxlamayacağımızla bağlıdır” -deyə o vurğulayıb.

Konqresdəki respublikaçı deputatlardan birinin keçmiş köməkçisi Stiven Murun sözlərinə görə, ABŞ-da Ukraynaya qarşı geniş müxalifət formalaşıb. O, bunu “mühafizəkarlar düşərgəsindəki nüfuzlu qüvvələr”lə əlaqələndirib. Onlar bilərəkdən Kiyev haqqında mənfi məlumatlar yayırlar.

Bundan başqa Donald Trampın prezidentlik kampaniyası vəziyyəti daha da gərginləşdirir.

Əvvəlki məqalə

Qəzzada həlak olan İsrail hərbçilərinin sayı

Sonrakı məqalə

Ölkə üzrə pensiyaların ödənişi noyabrın 15-də yekunlaşacaq