“Qərb postsovet məkanında mütəmadi olaraq bioloji eksperimentlər keçirir”- PATRUŞEV

Qərb ölkələri mütəmadi olaraq postsovet məkanında bioloji eksperimentlər keçirir.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB həmkarları ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiyaya bununla bağlı məlumatlar daxil olur.

Patruşev deyir ki, ilk növbədə bu təcrübələr amerikalıların təşəbbüsü ilə keçirilir: “Ukrayna kontekstində mən bioloji mühafizə və biotəhlükəsizliyin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirmək istərdim. Biz mütəmadi olaraq postsovet məkanında Qərb dövlətləri, ilk növbədə amerikalılar tərəfindən həyata keçirilən təhlükəli eksperimentlər haqqında məlumat alırıq”.

Azpost.info

Əvvəlki məqalə

Zəlzələ nəticəsində hər hansı dağıntı, xəsarət barədə məlumat daxil olmayıb

Sonrakı məqalə

Laçın şəhərində Zəfər Günü ilə bağlı yürüş keçirilib