“Qərb Rusiyanın enerji şirkətləri üçün çətinliklər yaradır” –PUTİN

“Qərbdə Rusiyanın enerji şirkətlərinə qarşı uydurulmuş məhkəmə işləri aparılır, biznes üçün çətinliklər yaradılır. Bu dünya enerji bazarında əsas problemdir”. 
Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin neft sənayesinin inkişafına dair bu gün keçirdiyi iclasada bildirib.
Putinin sözlərinə görə, bütün bunlar bilərəkdən edilir: “Yeni layihələr üçün lazım olan torpaq sahələri ayrılmır, nəqliyyatın inkişafı üçün imkanlar məhdudlaşdırılır, sərmayə üçün lazım olan digər istiqamətlərdə problemlər yaradılır”.
“Bütün bunlar dünya enerji sahəsində problemlərin əsas bazasını təşkil edir”-deyə Putin bildirib.
Əvvəlki məqalə

İƏT PA-nın Üçüncü Konfransında Bakı Bəyannaməsi qəbul edilib

Sonrakı məqalə

Azərbaycanda əhalinin sayı açıqlanıb