“Qəzzada atəş müvəqqəti deyil, tam dayandırılmalıdır”- BMT

“BMT əmindir ki, İsrail-Fələstin münaqişəsi zonasında humanitar atəşkəsdən sonra tam atəşkəs olmalıdır və təşkilat Misir, Qətər və ABŞ-ın səylərini dəstəkləməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib.

“Baş katib Qətər, Misir və ABŞ hökumətlərinə bu atəşkəs razılaşmasının əldə edilməsində göstərdikləri köməyə görə təşəkkür edir və Beynəlxalq Qızıl Xaç Komitəsinin mühüm rolunu qeyd edir. Razılaşma davam etməli və Qəzza, İsrail və region xalqları naminə atəşin tam dayandırılmasına gətirib çıxarmalıdır”, – BMT rəsmisi bildirib.

Azpost.info

Əvvəlki məqalə

Həbsdən çıxan Əbülfəz Elçibəy dustaq yoldaşı ilə toyda –

Sonrakı məqalə

İmran Xanın həbs müddəti uzadıldı