Qadınların ictimai həytada iştirakı ilə bağlı layihə icra olunacaq

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınların ictimai həytada iştirakçılığının genişləndirilməsi” layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi Azərbaycanda qadınların icma, yerli idarəetmə səviyyəsində qərarların qəbulunda iştirakı və təsrinin genişləndirilməsidir. Layihənin icra müddəti 2 aydır.

Bu müddət ərzində “İctimai iştirakçılıq haqqında” qanunda nəzərdə tutulan ictimai iştirakçılıq formalarının praktikada tətbiqi ilə bağlı mexanizmlərin izahı, ictimai iştirakçılıq nümunələri ilə bağlı bilik və bacarıqlar öyrədiləcək. Təlimlər bu sahənin aparıcı ekspertləri tərəfindən keçiriləcək.

Layihə fəaliyyətlərinin icrası regionda İctimai Şuralarda qadınların rolunun artırılamasına, bölgələrdə qadınların ictimai həyatda iştirakçılığının genişləndirilməsinə, gənc xanımların ictimai fəallığının artırılmasına çıxaracaq.

Əvvəlki məqalə

İlham Əliyev Vyetnamın dövlət başçısını təbrik edib

Sonrakı məqalə

Argentinanın vitse-prezidentinə silahlı hücum edən şəxs saxlanılıb