“Qafanda təcili tibbi yardım maşınının vurulması xəbəri dezinformasiyadır” –MÜDAFİƏ NAZİRLİYİ

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qafan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.

NAzirlik bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən əks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərinə qarşı yönəlib.

Əvvəlki məqalə

Ermənistan toqquşmada ölənlərin və yaralananların olduğunu açıqlayıb

Sonrakı məqalə

Paşinyan Makrona zəng vurdu