Qarabağ ərazi vergilər baş idarəsinə rəis təyin edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) yeni təyinat olub.

Ələkbər Məmmədov Qarabağ ərazi vergilər baş idarəsinə rəis təyin edilib.

Qeyd edək ki, Ələkbər Məmmədov bu günə qədər Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi vəzifəsində çalışıb.

Məlumat üçün deyək ki, Ə.Məmmədov Azərbaycan Sahibkarlar Konfederasiyasının keçmiş prezidentidir. O, vergilər nazirinin müşaviri olub(apa).

Əvvəlki məqalə

Hava şəraiti dəyişəcək

Sonrakı məqalə

İran Baş prokurorunun müavini Azərbaycana gəlib