“Qarabağ” bu gün “Ferentsvaroş” ilə oynayacaq

Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Komandamız üçüncü təsnifat mərhələsinin ilk matçında Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Andreas Ekberq, hakimlər Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç), VAR hakimləri isə Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland) olacaq.

Komandamızın üzvləri Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan ilə matçda iştirak etməyəcəklər. Rəqiblərdən isə Henri Vinqo zədəsinə görə oyunu buraxacaq.

Avqustun 9-da isə Budapeştdə komandalar arasında cavab oyunu baş tutacaq.

Qeyd edək ki, bu qarşılaşmanın qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə oynayacaq, məğlub isə UEFA Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) qarşılaşmasında uduzan komanda ilə görüşəcək.

Əvvəlki məqalə

Pelosi Tayvanın Baş Qərargah rəisi ilə görüşüb

Sonrakı məqalə

Ermənistan Kəlbəcərdə itkin düşmüş hərbçimizi Azərbaycana təhvil verib