“Qarabağ” -“Ferentsvaroş” oyunu başa çatdı –NƏTİCƏ

“Qarabağ” bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Ağdam klubu Macarıstan “Ferentsvaroş”unu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında avqustun 9-da Budapeştdə keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

3 avqust

20:00. “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) – 1:1

Qollar: Boli, 17 (0:1), Ovusu Kvabena, 34 (1:1)
Baş hakim:  Andreas Ekberq (İsveç)
Tofiq Bəhramov adına Respublika stadionu

45+3-cü dəqiqədə “Qarabağ”ın futbolçusu İbrahima Vadjinin qolu VAR-a baxıldıqdan sonra ofsayda görə qeydə alınmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.