“Qarabağ” – “Ferentsvaroş” oyununun biletləri satışa çıxarılıb

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Ferentsvaroş” (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.

Azpost.info Ağdam klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Iticket.az”ın satış məntəqələrindən (“iticket.az”da onlayn satış), “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopundan, eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən əldə etmək mümkündür.

Əvvəlki məqalə

“Ukraynadan üzr istəməyəcəyik” –

Sonrakı məqalə

Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı keçirilib