“Qarabağ müharibəsində “İsgəndər” raketindən istifadə edilməyib” –

Rusiya Müdafiə Nazirliyi açıqlama yaydı
25 Fevral 2021 - 19:56

“Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı heç bir “İsgəndər” raket kompleksindən istifadə olunmayıb”.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bizdə olan obyektiv və mötəbər, eyni zamanda obyektiv nəzarət sistemi tərəfindən təsdiq edilmiş məlumata görə, Dağlıq Qarabağda adıçəkilən “İsgəndər” raket kompleksi istifadə edilməyib”.

Rusiya MN –dən bildiriblər ki, raketin bütün hərbi ehtiyatı Ermənistan Silahlı Qüvvələrinin anbarındadır.  Rusiya MN hesab edir ki, raket kompleksi ilə bağlı istifadə haqqında Ermənistanın baş nazirinə doğru məlumat verilməyib.