Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.
“Qarabağ” “Azersun Arena”da “Zirə”ni qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.
Hesabı 54-cü dəqiqədə meydan sahiblərindən Marko Yankoviç açıb. 5 dəqiqə sonra Ramil Şeydayev 2-ci topu rəqibin qapısından keçirib. 62-ci dəqiqədə “qartallar” buraxılan qollardan birinin əvəzini çıxıb. Hamidu Keyta adını tabloya yazdırıb. 65-ci dəqiqədə isə Eldar Quliyev yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 78-ə çatdıran “Qarabağ” liderliyini qoruyub. 42 xalı olan “Zirə” isə 5-ci sırada qərarlaşıb.
Qeyd edək ki, XXXI turun açılış matçında “Şamaxı” evdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə edib. Turun “Turan Tovuz” – “Sabah” və “Səbail” – “Neftçi” oyunları aprelin 22-də, “Sumqayıt” – “Qəbələ” görüşü isə aprelin 23-də keçiriləcək.