“Qarabağda atəşkəsin qorunması üçün birgə səylər göstərilməlidir” –

Ərdoğan Putinlə danışdı
18 Fevral 2021 - 17:21

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzi fəaliyyətini uğurla davam etdirir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

O qeyd edib ki, atəşkəsin qorunması üçün birgə səylər göstərilməlidir.

Ərdoğan Dağlıq Qarabağda nəqliyyat və kommunikasiya xətlərinin bərpası məsələsində türkiyəli və rusiyalı mütəxəssislərin azərbaycanlı həmkarları ilə birgə əməkdaşlıq edə biləcəyini də vurğulayıb.

Türkiyə və Rusiya prezidentləri Suriya və Liviya münaqişələrini də müzakirə ediblər.(APA)