Aprelin 7-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib. MTRŞ-dan bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub, Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb. Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib:
"Real Təhlil İnformasiya Mərkəzi" MMC; "Caspian İnternational Broadcasting Company" MMC; "Balans Studiyası" MMC; "İNS ÇM" MMC; "İsti Press" MMC; "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası; "ARB 24" MMC. Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("CBC FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.