“Qarabağın erməni əhalisinin hüquqları Azərbaycan Konstitusiyasına uyğun təmin ediləcək”-PREZİDENT

“Sonda Qarabağ ermənilərinin taleyi barədə. Praqa görüşündə bu məsələ üzrə bizim fikir mübadiləmiz oldu. Bizim mövqeyimiz aydındır, dəqiqdir”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

“Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib”, – dövlət başçısı bəyan edib.

Əvvəlki məqalə

“Biz səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var”

Sonrakı məqalə

“Aİ-nin missiyası KTMT-nin məsuliyyət zonasında yerləşəcək”