“Qarabağ”ın rəqibi məlum oldu-Avropa Liqası/Püşkatma /VİDEO

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

İlk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan “Qarabağ” da püşkatmada təmsil olunacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanıb.

Bu mərhələdə “pley-off”un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. Ağdam klubunun potensial rəqibləri sırasında onunla eyni qrupda yarışmış “Bayer” də (Almaniya) var.

Ümumilikdə Azərbaycan təmsilçisinin 8 potensial rəqibi aşağıda adları qeyd olunanlardır:

“Atalanta” (İtaliya)
“Bayer” (Almaniya)
“Brayton” (İngiltərə)
“Vest Hem” (İngiltərə)
“Vilyareal” (İspaniya)
“Liverpul” (İngiltərə)
“Reyncers” (Şotlandiya)
“Slaviya” (Çexiya)

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində rəqibi məlum oldu, yenidən “Bayer Leverkuzen”lə qarşılaşacaq.

Qeyd edək ki, Avroliqada 1/8 finalın ilk oyunları 7 mart tarixində, cavab görüşləri isə 14 mart tarixində keçiriləcək.

Əvvəlki məqalə

Rusiyaya qarşı yeni sanksiyalar paketinə Şimali Koreyanın müdafiə naziri də düşüb

Sonrakı məqalə

Azad edilmiş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlar üçün güzəşt müəyyənləşib