Qarabaşaq yarmasının orqanizm üçün faydaları

Qarabaşaq yarmasının orqanizm üçün çoxsaylı faydaları var. Tədqiqatçılar onun yaşlanmanı yubatdığını, uzunömürlü olmağa kömək etdiyini aşkarlayıb.

Sibir Federal Universiteti bildirir ki, rusiyalı alimlər orqanizmdə sirtuin-1 (SIRT1) protein səviyyəsini artıran “uzunömürlülük zülalı” adlanan pəhriz hazırlayıblar. Universitetin tədqiqatçıları yaradılan pəhrizin qarabaşaq qidasına əsaslandığını qeyd ediblər. Qarabaşaq bədəndəki toksinləri xaric edir, bu da yaşlanmanı yavaşladır. Lakin qarabaşaq pəhrizi xroniki xəstəliklərdən əziyyət çəkən insanlara tövsiyə olunmur.

Sirtuin-1 zülalı hüceyrələrdəki bir çox prosesdə, o cümlədən qocalma zamanı orqanizmdə gedən dəyişikliklərdə iştirak edir. Bu zülal orqanizmdə kalorinin məhdudlaşdırılması zamanı maksimum miqdarda əmələ gəlir. Beləliklə, alimlər qeyd edir ki, orqanizm nə qədər az kalori qəbul edirsə, “uzunömürlük zülalı” o qədər aktiv olur.

Təcrübə zamanı mütəxəssislər qarabaşaq ilə qidalanan eksperiment siçovulların çəkilərində artım müşahidə ediblər. Eyni zamanda gəmiricilərin bədənində sirtuin-1 zülal səviyyəsinin 30 qat artıb.

Tədqiqatçılar qarabaşaq yarmasını çox miqdarda istehlak etməyi tövsiyə edir(azərtac).

Əvvəlki məqalə

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 500-ü keçib, 4 nəfər vəfat edib

Sonrakı məqalə

Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edib