“Qazaxıstan rəsmilərinin gərginliyi sülh yolu ilə azaldacağına inanırıq” –Türk Dövlətləri Təşkilatı bəyanat yaydı

Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat yayıb.

Təşkilatın yaydığı bəyanatda bildirilir:

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlər olaraq baş verən son hadisələrin fonunda biz Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verdiyimizi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik.

Qardaş qazax xalqının sağlam düşüncəsinə və vəziyyətin normallaşmasını arzuladığına güvənirik.

Qazaxıstan rəsmilərinin sülh yolu ilə gərginliyi azaltmaq, asayiş və sabitliyi yenidən bərpa etmək gücünə malik olduğuna inanırıq.

Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik.

Hadisələrdə həyatını itirənlərə görə başsağlığı verir və yaralananlara şəfa diləyirik”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir