“Qazprom” Finlandiyaya qaz tədarükünü dayandırdığını bəyan edib

“Qazprom” şənbə günü Finlandiyanın dövlət enerji şirkəti “Gasum”a rublla ödəniş edilməməsi səbəbindən qazın tədarükünün tamamilə dayandırıldığını təsdiqləyib.

TASS- xəbər verir ki, bu barədə holdinqin məlumatında deyilir.

“Qazprom” rublla ödəniş edilmədiyinə görə “Gasum”a qaz nəqlini tamamilə dayandırıb. Rusiya Federasiyası Prezidentinin 31 mart 2022-ci il tarixli, 172 nömrəli Fərmanına uyğun olaraq, mayın 20-də iş gününün sonuna olan məlumata görə, “Qazprom Eksport” şirkəti aprel ayında “Gasum”dan qaz tədarükü üçün ödəniş almayıb”, – məlumatda bildirilir.

Qeyd olunur ki, 2021-ci ildə “Qazprom Export” “Gasum”a 1,49 mlrd. kubmetr qaz tədarük edib ki, bu da Finlandiyada ümumi qaz istehlakının 2/3 hissəsini təşkil edib.

“Aprelin 1-dən verilən qaza görə ödənişlər yeni rekvizitlərdən istifadə edilməklə rublla aparılmalıdır, bu barədə qarşı tərəflər vaxtında məlumatlandırılıb”, – Rusiya holdinqinin məlumatında vurğulanır.

Əvvəlki məqalə

Xınalıq kəndinə 10 santimetrdən çox qar yağıb – FOTO

Sonrakı məqalə

Kanada Ukraynaya 200 milyon dollar ayırdı