Qırğızıstanda xüsusi əməliyyat- Dövlət çevrilişi hazırlayan dəstə saxlanılıb

Qırğızıstanda Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi bir qrup şəxsi dövlət çevrilişinə cəhd şübhəsi ilə saxlayıb.

Azpost.info xəbər verir ki, onlar hakimiyyəti zorla ələ keçirməyə cəhddə şübhəli bilinirlər.

“Milli Təhlükəsizlik Dövlət Komitəsi mümkün dövlət çevrilişinin iştirakçılarını kütləvi şəkildə saxlayıb. Onlar hakimiyyəti zorla ələ keçirməyə hazırlaşırmış”, – yerli “24.kg” agentliyi öz mənbələrinə istinadən yazıb.

Xüsusi xidmət orqanının əməliyyatı ilə bağlı internetdə videogörüntülər yayılsa da, hələlik rəsmi açıqlama verilməyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.