Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 160 yük maşını gözləyir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, “Biləsuvar” gömrük postunda 70, Astara gömrük postunda 103, “Mazımqara” gömrük postunda 24, “Samur” gömrük postunda 54 və “Xanoba” gömrük postunda 7 yük maşını keçid üçün gözləmədədir.