Qubad İbadoğlu ADR Partiyasının fəaliyyətinə xitam verdi-AÇIQLAMA

Qubad İbadoğlu sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinə xitam verib.

Azpost.info bildirir ki, Q.İbadoğlu açıqlamasında bundan sonra partiya kimi fəaliyyət göstərməyəcklər.

Qubad İbadoğlu sosial səhifə hesabında yazıb ki, Prezidentin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi “Siyasi partiyalar haqqında” Qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir: “ADR Partiyası olaraq fəaliyyətimizi Qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək. Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik”.

Əvvəlki məqalə

Xankəndinə internet və rabitə xidməti necə təşkil olunmalıdır ? –

Sonrakı məqalə

Qərb qlobal yanacaq bazarını təmin edəcək ölkəni tapıb