Qubada Azərbaycanın mədəni irsi təbliğ olunacaq

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” adlı layihənin icrasına başlayır.

Layihənin məqsədi Azərbaycanın zəngin mədəni irsinin, ədəbiyyatının, incəsənətinin, bəstəkar, müğənni, yazıçı, şair, memar, aktyor və rejissorlarının, eləcə də mədəniyyət abidələrinin və görkəmli mədəniyyət xadimlərinin intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliğ olunmasıdır. Eyni zamanda layihə yeniyetmələrdə komandada işləmək, qərarvermə və məntiqi düşünmə bacarıqlarının inkişafına dəstək verməyi, həmçinin onların asudə vaxtlarının səmərəli təşkilini hədəfləyir.

Üç ay davam edəcək layihə çərçivəsində Quba, Qusar, Şabran və Xaçmaz rayonlarının kənd və qəsəbələrində yaşayan və təhsil alan yeniyetmə və gənclərin, eləcə də gənc müəllimlərin iştirakı ilə intellektual oyunların keçirilməsi nəzərdə tutulur.

Layihə ümumilikdə qeyd olunan rayonlarda yaşayan və təhsil alan 250 nəfəri əhatə edəcəkdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.