Qubada da meşələr yanır –VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gündür şimal bölgəsində – Şabran, Siyəzən, Xaçmaz və Qubada meşə yanğınları davam edir.

Sosial şəbəkələrdə Quba rayonunda meşə yanğınlarını əks etdirən görüntülər yayılıb. Feysbuk istifadəçisi Murad Muradov tərəfindən paylaşılan videolarda yanğının Qubanın kəndlərinə yaxınlaşdığı görünür.

Görüntülərdən aydın olur ki, FHN-in helikopterləri ilə yanaşı kənd təsərrüfatı texnikası da yanğının söndürülməsinə cəlb olunub.

Meşə sahələrini əhatə edən yanğınlarla bağlı görüntüləri təqdim edirik:

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.