Qubada itkin düşən 13 yaşlı məktəbli tapılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
***************
Qubada 7-ci sinif şagirdi itkin düşüb.
Quba şəhər 2 saylı tam orta məktəbin şagirdi, 2011-ci il təvəllüdlü Əli Məlikov səhər evdən çıxıb və geri qayıtmayıb. O, məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə də getməyib.
Məktəblinin ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Onun tapılması istiqamətində tədbirlər görülür(apa).