Qüdsi Osmanov Rumıniyaya səfir təyin olunub

Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Əvvəlki məqalə

2024-cü ilin qeyri-iş günləri açıqlandı

Sonrakı məqalə

Prezident Moldovaya yeni səfir təyin edib