Qurban Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi –SƏRƏNCAM

Qurban Osman oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, Qurban Osman oğlu Qurbanov 1972-ci ilin bu günündə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.

Futbolçu karyerası ərzində 4 dəfə Azərbaycan Premyer Liqasının, 1 dəfə Azərbaycan Kubokunun qalibi, 1 dəfə ölkə çempionatının bombardiri olub.

1992 – 2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Yığmanın bombardiridir. 2017-2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olub.

 

2008-ci ildən “Qarabağ” klubunun baş məşqçisidir.

Əvvəlki məqalə

Taleh Kazımov Mərkəzi Bankın sədri təyin edildi –

Sonrakı məqalə

Yazıçı olan polis polkovnikinin bankir oğlu –